Çindən ABŞ, Yaponiya və Cənubi Koreyanın birgə bəyanatına etiraz



 14:49 09.01.2024     290

Çin ABŞ, Yaponiya və Cənubi Koreyanın birgə bəyanatındakı Cənubi Çin dənizi və Tayvanla bağlı açıqlamalarına reaksiya verib.

Demedia.az xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning üç ölkənin Çinə böhtan atdığını və əməkdaşlıq adı altında təcridedici qruplar yaradaraq qarşıdurma və münaqişə yaratmağa çalışdığını iddia edib.Qeyri-regional ölkələrin Cənubi Çin dənizində güc nümayişi ilə qarşıdurma yaratmağa çalışdığını deyən Mao, “Çin birbaşa olaraq region ölkələri ilə olan fikir ayrılıqlarını düzgün idarə edərkən, dənizlərdə öz suverenliyini, hüquqlarını və maraqlarını dialoq və məsləhətləşmə yolu ilə qorumağa davam edəcək” deyə bildirib.Mao üç ölkəni region ölkələrinin sülh və sabitlik istiqamətində səylərinə hörmət etməyə, soyuq müharibə məntiqindən əl çəkməyə və bölgədə gərginlik və bloklar arasında qarşıdurma yaratmağa son qoymağa çağırıb.

Bahadur Seyidov