Sümeyye-Selçuk Bayraktar cütlüyünün körpəsi dünyaya gəldi



 16:40 09.01.2024     498

Prezident Ərdoğanın 9-cu nəvəsi dünyaya gəlib. Sümeyye-Selçuk Bayraktar cütlüyünün ikinci övladına "Asım Özdemir" adı verilərkən xəstəxanaya gedən Ərdoğan adını nəvəsinin qulağına oxuyub.

Demedia.az xəbər verir ki, Prezident Ərdoğan Sümeyye-Selçuk Bayraktar cütlüyünü xəstəxanada ziyarət edib. Burada nəvəsi və qızının sağlamlıq durumu ilə bağlı məlumat alan Ərdoğan nəvəsinin qulağına onun adını oxuyub. Körpəyə Asım Özdemir adının qoyulduğu öyrənilib. Prezident Ərdoğanı xəstəxanaya səfəri zamanı həyat yoldaşı Əminə Ərdoğan müşayiət edib.

Bahadur Seyidov