Makron onu baş nazir təyin etdi
Fransa Prezidenti Emmanuel Makron təhsil naziri Qabriel Attalı Elisabeth Bornenin yerinə baş nazir təyin edib.
Demedia.az xəbər verir ki, Yelisey Sarayının açıqlamasında Prezident Makronun Qabriel Attalı baş nazir təyin etdiyi və hökuməti qurmaq vəzifəsini ona verdiyi bildirilib. 34 yaşlı Attal əvvəllər Loran Fabiusun sahib olduğu "Fransanın ən gənc baş naziri" titulunun yeni sahibi olub.
Qeyd edək ki, Borne istefa ərizəsini Prezident Makrona təqdim etdikdən sonra baş nazir postu üçün adı çəkilən adlar arasında Attal da var idi.
Bahadur Seyidov