İranda terrordan sonra daha bir faciə - 50-dən çox insan yaralandı
İranın Əlborz əyalətində tibbi avadanlıq və kosmetika fabrikində güclü yanğın baş verib.
Demedia.az xəbər verir ki, yanğın nəticəsində 53 nəfər yaralanıb. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.
İlkin ehtimala görə, yanğına səbəb fabrikdəki qaz məhlulunda baş verən partlayışdır.
Qeyd edək ki, yanvarın 3-də İranda terakt olub. İran rəsmiləri terror zamanı 89 nəfərin öldüyünü açıqlayıb.
Bahadur Seyidov