Kanada Ukraynanı aldadıb? - Silahlar hələ də verilməyib



 11:19 10.01.2024     299

Kanadanın Ukraynanın ehtiyacları üçün bir il əvvəl ABŞ-dən alacağına söz verdiyi NASAMS zenit-raket kompleksi hələ də Kiyevə gətirilməyib.

Demedia.az xəbər verir ki, Bu barədə CTV telekanalı məlumat yayıb.

 Qeyd edilib ki, Kanada Müdafiə Nazirliyinin məlumatına görə, Ottava bu məqsədlər üçün 2023-cü ilin martında Vaşinqtona 406 milyon dollar köçürüb və ABŞ hökuməti onun istehsalı üçün Raytheon ilə müqavilə imzalayıb.

 Eyni zamanda, bu hava hücumundan müdafiə sistemlərinin istehsalı ilə də məşğul olan Kongsberg şirkəti, nə ABŞ hakimiyyəti, nə də Kanada hökuməti ilə belə bir müqavilənin olmadığını bildirib.

Bahadur Seyidov