Nyu-Yorkda sinaqoqun altında tunel tapıldı



 10:53 10.01.2024     309

Nyu-Yorkun Bruklin şəhərində sinaqoqun altında gizli tunelin tikildiyi məlum olub.

Demedia.az xəbər verir ki, tuneli doldurmaq üçün sement maşını ilə sinaqoqa gələn polis qrupları camaatın müqaviməti ilə qarşılaşıb. Hadisələr zamanı tuneldən çıxmaqdan imtina edən 10 nəfər saxlanılıb. Nümayişçilər tunellərdən çıxarıldıqdan sonra qruplar işlərini davam etdirib. Bildirilib ki, sinaqoqun altında tikilən tunel ərazidə tərk edilmiş yəhudi hamamıdır.  

Lakin tunelin niyə tikildiyi barədə dəqiq məlumat yoxdur.

Bahadur Seyidov