İran xarici işlər naziri Lavrovla danışdı - ”Tələb edirik”
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian rusiyalı həmkarı Sergey Lavrovla telefonda danışıb.
Demedia.az Tasnim-ə istinadən xəbər verir ki, İran XİN rəhbəri bildirib ki, Qırmızı dənizdəki hadisələr Qəzza, ABŞ və İsrail rejiminin Fələstinə qarşı davranışı ilə əlaqədardır:
“Biz də İran kimi regionda sülh, Qəzza zolağında müharibənin dayandırılmasını və Fələstin dövlətinin yaradılmasını tələb edirik”.
Rusiya Xarici İşlər Naziri isə Amerika Birləşmiş Ştatlarının r böhranların əsas səbəblərini tapmaqda çox da maraqlı olmadığını vurğulayıb.
Bahadur Seyidov