Madaqaskarda "Alvaro" qasırğası nəticəsində 12 nəfər həyatını itirib



 14:48 10.01.2024     283

Madaqaskarda "Alvaro" qasırğası nəticəsində 12 nəfər həyatını itirib.

Demedia.az xəbər verir ki, Milli Risk və Fəlakət İdarəetmə Ofisinin açıqladığı rəsmi rəqəmlərə görə, qasırğadan zərər çəkənlərin sayı 32 min 876-ya yüksəlib, 16 mindən çox insan evlərini tərk edərək sığınacaqlara yerləşdirilib. Təsirini ən çox ölkənin cənub-şərqində nümayiş etdirən qasırğa nəticəsində ümumilikdə 6616 evi su basıb.Qeyd edək ki, Hind okeanında ada ölkəsi olan Madaqaskarda yanvar ayında yağışlı mövsüm başlayır və aprel ayına qədər davam edir.

Ötən il ölkədə təsirli olan Cheneso qasırğası nəticəsində azı 30 nəfər həlak olmuşdu.

Bahadur Seyidov