İsrail ordusu Livanı bombaladı



 14:12 10.01.2024     289

İsrail ordusu Livanın cənubunda öldürülən Hizbullahın yüksək səviyyəli səhra komandirlərindən Visam Hüseyn Tavilin dəfn mərasiminin keçirildiyi əraziyə yaxın bölgəyə hava hücumu təşkil edib.

Demedia.az xəbər verir ki, İsrail ordusu Hizbullah komandiri Tavilin Xirbet əs-Slim qəsəbəsindəki evinin yaxınlığına ardıcıl iki hücum həyata keçirib. Hücum dəfn mərasiminin keçirildiyi ərazidən cəmi 1-2 kilometr aralıda həyata keçirilib. Hücum səbəbilə bölgədə qısa müddətli çaxnaşma yaşanıb.Mərasimin keçiriləcəyi ərazidə İsrail PUA-larının səsləri intensiv şəkildə eşidilib.

Qeyd edək ki, İsrailin Livanın cənubundakı Khirbet əs-Slim şəhəri yaxınlığında təşkil etdiyi hücumda Hizbullahın yüksək rütbəli komandirlərindən olan Visam Hüseyn Tavili zərərsizləşdirilib.

Bahadur Seyidov