Sloveniyada Krizna mağarasında xilasetmə əməliyyatı uğurla tamamlanıb



 15:19 10.01.2024     312

Sloveniyada Krizna mağarasında qalanlar üçün başladılan xilasetmə əməliyyatı uğurla tamamlanıb.

Demedia.az xəbər verir ki, bu barədə Sloveniya Mağara Xilasetmə Xidməti açıqlama verib. Bildirilib ki, xilasetmə qrupları mağarada köməksiz qalan bütün insanları xilas ediblər. Bildirilib ki, iki bələdçi və üç turistdən ibarət komanda mağaraya daxil olandan sonra köməksiz qalıb.Üçüncü bələdçi komandanın razılaşdırılmış görüş yerinə gəlmədiyini görəndə bu barədə səlahiyyətlilərə məlumat verib. Mağaraya gedən xilasetmə qrupları suyun səviyyəsinin yüksək olması səbəbindən qapalı qalanları çıxara bilməyib.

Onlara quru paltar və qida çatdırılıb. Ardınca su çəkilib və 5 nəfər Sloveniya Mağara Xilasetmə Xidməti qrupları tərəfindən xilas edilib.

Bahadur Seyidov