İndoneziya bu təyyarələrin uçuşunu müvəqqəti olaraq dayandırıb
Alyaska Hava Yollarına məxsus “Boeing 737 MAX 9” tipli sərnişin təyyarəsinin gövdəsinin bir hissəsinin qopmasından sonra İndoneziya bu model təyyarələrin uçuşunu müvəqqəti olaraq dayandırıb.
Demedia.az xəbər verir ki, İndoneziya yoxlamalar üçün təyyarələri uçurmayacağını açıqlayıb. “Lion Air” şirkəti aviaşirkətin təyyarələri yerdə saxlamağa qərar verərək profilaktik addımlar atdığını və orta kabin təcili çıxış qapısında əlavə yoxlama apardığını açıqlayıb.
“Alaska Airlines” şirkəti də "Təcili Uçuşa Yararlılıq Direktivi"nə əsasən idarə etdiyi "Boeing 737 MAX 9" tipli təyyarələrin uçuşlarının müvəqqəti olaraq dayandırılacağını açıqlayıb.
Bahadur Seyidov