Boşanmaq istəyənlərin nəzərinə \ Ər-arvadın mülkiyyətin bölünməsi qaydası belədir! - Video



 10:03 10.01.2024     612

Boşanma zamanı əmlak bölgüsü, ərin (arvadın) yaşadığı mənzildə yaşayış və istifadə hüququnun tanınması nikaha xitam verilərkən və ya verildikdən sonra gündəlikdə duran ən aktual məsələlərdəndir.

Qeyd edək ki, əmlak bölgüsü Ailə Məcəlləsi və Mülki Məcəllə ilə tənzimlənir. Hər iki Məcəllədə nikah zamanı əldə olunan əmlakın ailənin ümumi əmlakı olduğu vurğulanır. Mülkün bölünməsi zamanı məhkəmə bir sıra halları nəzərə alır. İlk öncə həmin mülkün dövlət reyestrində qeydə alınıb alınmadığı, daha sonra tərəflərin həmin əmlakı nə vaxt əldə etdiyi (nikahdan əvvəl və ya nikah dövründə) müəyyənləşirilir. Onu da qeyd etmək lazımdır ki, bəzi hallarda uşaqların mənafeyini nəzərə alaraq məhkəmə mülkü ərlə arvad arasında bərabər bölməyə də bilər. Bu zaman uşaqların kiminlə qalmasından asılı olaraq paylar qeyri-bərabər bölünür.

Tanınmış vəkil Vamiq Şükürov öz  "Youtube" kanalında bu mövzu haqda ətraflı məlumat verib. 

Demedia.az   həmin videonu sizə təqdim edir. 

Rəna İsmayılova / Demedia.az