Həkimlər bunu niyə heç kimə demir? - Ömrü uzatmağın ən asan yolu - Video



 10:11 10.01.2024     541

Ömür müddətinin nə qədər olduğunu necə bilmək olar? Üzdəki qırışlara baxaraq bunu anlamaq olarmı?

Dünyada hazırda ən uzunömürlü insanın yaşı 122-dir. Ola bilər ki, ondan daha uzun yaşayan insanlar olub, amma sənədləşməyib. Əvvəllər, yaşı 60-ı keçənlər haqqında eşidəndə adama qəribə gəlirdi. Amma indi özümüz günbəgün yaşlanırıq və nədənsə özümüzü qoca kimi təsəvvür etmirik. Uşaqlıqda nənələrimizə, babalarımıza “qoca” gözüylə baxırdıq. İndi isə özümüz qocalığa doğru addımlayırıq. Bir şey də var ki, indiki 60 yaşlılar keçmişin 40 yaşlıları kimidirlər. Arteriyalarda kirəclənmə varsa, bu, ölümün carçısıdır. İnsanlar yaşlandıqca damarlardakı kirəclənmə artır. Oynaqlarda duz yığılır, toxumalar sərtləşir. Zamanla kirəclər və duzlar kalsiuma çevrilir. Bundan əlavə, yaş artdıqca boy balacalaşır, onurğa kiçilir. Buna səbəb olan sümük itirilməsidir. İllər bir-birini əvəzlədikcə hər an yıxılmaq ehtimalımız artır.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az