"Fənərbaxça" Bonuccinin İstanbula gələcəyini açıqladı



 19:44 10.01.2024     211

Super Liqa nəhəngi “Fənərbaxça” anlaşdığı italyan müdafiəçi Leonardo Bonuççinin İstanbula gələcəyini açıqlayıb.

Demedia.az xəbər verir ki, Sarı-göylülər “Union Berlin”də çıxış edən Leonardo Bonuççi ilə anlaşıb. "Fənərbaxça" Leonardo Bonuççinin İstanbula gələcəyini açıqlayıb: "Aralıq transfer dövründə Peşəkar Futbol A Komandamızı gücləndirmək üçün çalışan klubumuz müdafiəçi Leonardo Bonuççi ilə transfer danışıqlarına başlayıb. İtalyan futbolçu sağlamlığı üçün bu gün İstanbula gələcək. 

Bahadur Seyidov