İstehsalç pulsuz paylayır, amma alıcı yoxdur...



 23:48 10.01.2024     676

Hatayda tarla qiyməti 2 TL-yə qədər ucuzlaşan və lüks marketlərdə 25 TL-yə qədər satılan naringilər ağacların dibində çürüməyə qalıb.

Demedia.az xəbər verir ki, istehsalçılar onları pulsuz paylasa da, məhsulu yığmağa vətəndaş tapa bilmirlər.

Bu il mərkəzi Kahramanmaraş olan zəlzələlərin böyük dağıntılara səbəb olduğu Hatayın bərəkətli torpaqlarında yetişdirilən sitrus meyvələrində bolluq yaşanır. Məhsul yığımına başlaması ilə bağda naringinin qiyməti 2 TL-yə düşüb. Bir çox məhsula maklerlərin müdaxiləsi nəticəsində bağ qiyməti ilə bazar qiyməti arasındakı fərq naringilərə də dəyib. Böyük şəhərlərdəki lüks bazarlarda naringilərin qiyməti 25 TL-yə qədər artarkən, bu vəziyyətdən ən çox mənfi təsirlənənlər istehsalçılar oldu. Türkiyənin sitrus meyvələri istehsalında mühüm mövqeyə malik olan Hatayın Ərzin rayonunda istehsalçı sitrus meyvələrini pulsuz paylasa da, yığmağa adam tapa bilmir.

Aysun / Demedia.az