Bir səhvi aləmi bir-birinə qatdı - ANBAAN VİDEO



 23:09 10.01.2024     528

Türkiyədə qeyri-adi hadisə yaşanıb.

Demedia.az xəbər verir ki, Bakırköydə bir şəxs sevgilisinin qəhvə fincanına təbəssüm simvolu çəkdiyi üçün mübahisə etdiyi baristanı dəfələrlə yumruqlayıb.

Həmin anlar təhlükəsizlik kamerasına saniyə saniyə əks olunarkən, tərəflərin bir-birindən şikayət etmədiyi öyrənilib.

Müştərilər bir müddət onu yerə vurmağa davam edən hücumçunu itələməyə müvəffəq olublar.Mübahisədən sonra qəzəbli şəxsin baristaya dəfələrlə yumruq atdığı anlar kafenin təhlükəsizlik kamerasına düşüb. Digər tərəfdən tərəflərin bir-birindən şikayət etmədiyi də öyrənilib.

Aysun / Demedia.az