Evinə hədiyyələr göndərdi və məktub yazdı: "Şakira mənim həyat yoldaşımdır"



 22:36 10.01.2024     512

Təqaüdə çıxmaq qərarına gələn "Barselona"nın ulduzu Gerard Pike ilə dünyaca məşhur müğənni Şakira arasında sevgi 2022-ci ildə bitdi.

Demedia.az xəbər verir ki, 11 ildir xoşbəxt münasibətdə olan cütlüyün münasibətinin bitməsinə səbəbin xəyanət olduğu ortaya çıxıb.

İki uşağının atasının universitet tələbəsi Klara Çia Marti ilə eşq yaşadığını öyrənən Şakira qalmaqaldan sonra Baselonadan ayrılaraq oğulları ilə birlikdə Mayamidə məskunlaşıb.

46 yaşlı məşhur müğənni bir müddət əvvəl “obsesif pərəstişkarı” xəbəri ilə gündəmə gəlib. 56 yaşlı texaslı Daniel Con Valtierin sosial şəbəkədə Şakira haqqında çoxlu paylaşımlar etdiyi və bu yazıların yanvarın 3-də Şakiranın təhlükəsizlik qrupu tərəfindən səlahiyyətlilərə çatdırıldığı iddia edilib.

Şakiraya poçtla şərab, şokolad və oyuncaq hədiyyələri göndərdiyi iddia edilən Valtier, şikayətdən 5 gün sonra, saat 12.45-də müğənninin Mayamidəki malikanəsinə taksi ilə gəldikdən sonra həbs edilib.

Dünən məhkəməyə çıxarılan obsesif fanat kolumbiyalı müğənnidən uzaq durmaq əmrinə tabe ola bilmədiyini bildirib və bu ifadələri işlədib:

Hakim daha sonra cavab verdi: "Xeyr, cənab, o, sizin arvadınız deyil. Hazırda ciddi narahatlığım var, çünki bu adamın xəyalpərəst olduğu açıq-aydın görünür".

100.000 dollar girov haqqı ödənildiyi təqdirdə sərbəst buraxıla biləcək Valtierin cinayət tarixi 1988-ci ilə aiddir. Həvəsli fanat əvvəllər narkotik istifadəsi, ağır hücumlar və sərxoş halda avtomobil idarə etmək kimi ittihamlarla həbs edilmişdi. Həbsxana qeydlərinə görə, Valtier sonuncu dəfə 2019-cu ildə El Pasoda evə basqın ittihamı ilə həbs edilib.

Daniel Con Valtier paylaşımlarının birində müğənni haqqında bunları yazıb:

Şakira ilə evlənəcəyik, o, bütün həyatını mənimlə bölüşəcək. Yük daşıma biznesimiz olacaq, mahnılar oxuyacağıq və dünya səviyyəli geyim istehsalı şirkəti idarə edəcəyik.

Aysun / Demedia.az