Livan İsraillə bağlı BMT-yə müraciət edib



 11:22 11.01.2024     286

Livanın Xarici İşlər Nazirliyi İsraillə bağlı yenidən BMT Təhlükəsizlik Şurasına müraciət edib.

Demedia.az xəbər verir ki, bu barədə Livanın Xarici İşlər Nazirliyi məlumat verib. Müraciətdə qeyd edilir ki, İsrail BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə əməl etmir. Sənəddə Təl-Əvivin qətnaməni pozaraq Livanın suverenliyi və ərazi bütövlüyünü aşkar şəkildə pozduğuna dair sənədləşdirilmiş sübutların olduğu bildirilib. Şikayətdə İsrail qüvvələrinin beynəlxalq qadağan olunmuş silahlar siyahısında olan "fosfor bombası"ndan istifadə etdiyi qeyd edilib.

Açıqlamada Livana atılan fosfor bombaları səbəbilə indiyədək 50 min zeytun ağacının məhv edildiyi, hücum bölgəsində mülki əhalinin boğulma təhlükəsi ilə üzləşdiyi bildirilib.

Bahadur Seyidov