Blinken Cənubi Afrika Respublikasının İsrailə qarşı iddia qaldırmasını pisləyib



 10:41 11.01.2024     282

ABŞ-ın dövlət katibi Entoni Blinken Cənubi Afrika Respublikasının Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı soyqırım iddiası qaldırmasını pisləyib.

Demedia.az xəbər verir ki, o bu işin ədalətsiz olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ hesab edir ki, soyqırım iddiası dünyanın diqqətini HƏMAS tərəfindən saxlanılan girovların təhlükəsizliyinin təmin edilməsi, Qəzza zolağında humanitar böhrana həll yolu tapılması kimi səylərdən yayındırır.

Qeyd edək ki, Bayden administrasiyası Cənubi Afrikanın İsrailə qarşı soyqırım ittihamlarına qarşı sərt mövqe sərgiləyib. Bəzi siyasətçilər və dövlətlər isə Cənubi Afrika Respublikasına dəstək verib.

Bahadur Seyidov