İndoneziyada Levotobi Laki-Laki vulkanının püskürüb



 12:21 11.01.2024     271

İndoneziyada Levotobi Laki-Laki vulkanının püskürməsindən sonra ən yüksək həyəcan səviyyəsi elan edilib.

Demedia.az xəbər verir ki,  Levotobi Laki-Laki vulkanının yüzlərlə metr hündürlüyündə kül və lava püskürtməsindən sonra həyəcan təbili çalınıb. Püskürmə İndoneziyanın şərqindəki Flores adasındakı dağlarda həftələrlə davam edən vulkanik fəaliyyətdən sonra baş verib. Bölgə sakinlərinin təxliyəsinə göstəriş verən səlahiyyətlilər vulkanın hələ də aktiv olduğunu bildiriblər.

Məlumata görə, Levotobi Laki-laki vulkanı aktivləşdikdən sonra qadın və uşaqlar da daxil olmaqla 1172 sakin təxliyə edilib.

Bahadur Seyidov