Kanada müsəlmanları Qəzza ilə bağlı Castin Trüdoya çağırış etdi



 13:00 11.01.2024     275

Kanada müsəlmanları baş nazir Castin Trüdonu Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırdığı soyqırım işini dəstəkləməyə çağırıblar.

Demedia.az xəbər verir ki, Kanada Müsəlmanları Milli Şurası nəzdində  toplaşan müsəlman qrupları Trüdoya birgə məktub yazıblar. Məktubda qeyd edilir ki, Kanada Qəzzada törədilən mümkün müharibə cinayətlərinin qərəzsiz araşdırılmasını dəstəkləməlidir. "İsrail ordusunun bombardmanları və işğalı nəticəsində uşaqlar da daxil olmaqla minlərlə dinc sakin həlak olub.

Bu səbəbdən siz dövlətləri beynəlxalq hüquq çərçivəsində cavabdehlik daşıyan Beynəlxalq Ədalət Məhkəməsində Qəzzada baş verən kütləvi zorakılığı araşdıran son işi dəstəkləməlisiniz" - bəyanatda deyilir.

Bahadur Seyidov