Bədənimizdən gələn pis qoxunun səbəbi - 98% insan bunu bilmir - Video



 09:52 11.01.2024     587

Bədəninizdən gələn bəzi qoxuların daxilinizdəki xəstəlikdən xəbər verdiyini bilirdiniz?

İdman zamanı və ya istidə, aktiv tərlədiyimiz zaman bədəndə qoxu arta bilər. Duşdan sonra, bütün tər və dəri piyi bədəndən yuyulduqda, bu qoxu azalır. Ancaq o, heç vaxt tamamilə yox olmur. Bəzi insanlar bədən qoxusunu ətir və ya dezodorantların qoxuları arasında gizlətməyə öyrəşib. Başqa sözlə, onların çoxu öz qoxularını da unudur... Bunda qəbahət yoxdur; hamı qəfil odekolon və ətirdən istifadəni dayandırsa, yayda qoxuların qarışmasından avtobuslarda nəfəs almaq mümkün olmayacaq.

Sidik qoxusu. Tərdəki ammonyak qatılığının artması səbəbindən ortaya çıxan xüsusi qoxudur. Belə dəyişikliklər böyrək və ya qaraciyər xəstəliklərindən hər hansı birinin başlanmasından xəbər verir. Bu iki orqandan biri düzgün işləmirsə, o zaman bədən toksinləri başqa yollarla - məsələn; tərlə çıxarmağa çalışır. Əgər ağızdan ammonyak iyi gəlməyə başlayırsa, bu, mədə xorası yaradan Helicobacter pylori bakteriyası ilə yoluxmanın nəticəsi ola bilər. Bu cür qoxu ilə rastlaşsanız, böyrəklər bir nefroloq, mədə və qaraciyər isə qastroenteroloq və ya hepatoloq tərəfindən yoxlanılmalıdır.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az