Fatih Terim ilk derbi imtahanında istədiyi nəticəni ala bilməyib



 13:29 11.01.2024     177

Apostolos Nikolaidis stadionunda oynanan qarşılaşmada Olimpiakos 45-ci dəqiqədə Sotirios Aleksandropulosun qolu ilə ilk yarını 1-0 öndə tamamlayıb.

Demedia.az xəbər verir ki, "Panatinaikos" bu qola 65-ci dəqiqədə Fotis İoannidislə cavab verib və matç 1:1 hesablı bərabərliklə yekunlaşıb.Matçın cavab oyunu yanvarın 17-də "Olimpiakos"un ev sahibliyi ilə keçiriləcək. Fatih Terimin rəhbərliyi altında 3-cü matçını keçirən "Panatinaikos" liqada oynadığı 2 matçda qalib gəlib.Matçdan sonra qiymətləndirmələr edən Fatih Terim, "Fənərbaxça"dan Səməd Akadının transferi ilə bağlı sualı cavablandırarkən mövcud inkişafın doğru olduğunu bildirib. 29 yaşlı türk müdafiəçi istədiklərini bildirən Fatih Terim, "Hamınızın bildiyiniz kimi çatışmazlıqlarımız var. Prezident və rəhbərlik çatışmazlıqlarımızı tamamlamaq üçün əllərindən gələni edirlər. Bəzi şeylər zaman alır. O ki qaldı Səməd Akaydına. , idman direktorumuz İstanbula getdi və geri döndü". Transfer danışıqlarının davam etdiyini bildirən Fatih Terim, "Ən qısa zamanda müsbət və ya mənfi xəbər alacağıq" dedi.

Bahadur Seyidov