Əcnəbi futbolçuların sayı aşağı salınır
Türkiyə Futbol Federasiyası yeni mövsümdən etibarən əcnəbi oyunçuların sayının 14-dən 12-yə, sonrakı iki mövsümdə isə 11-ə endiriləcəyini açıqlayıb.
Demedia.az xəbər verir ki, TFF-dən verilən açıqlamada bu ifadələrə yer verilib: “Türkiyə Futbol Federasiyası İdarə Heyəti, növbəti iki mövsümdə əcnəbi oyunçuların sayını 14-dən 12-yə endirəcək.5 mövsümlük bir proqnozla həyata keçiriləcək Super Liqa Oyunçu Uyğunluğunun təfərrüatlarına qərar verdiyi iclasda aşağıdakı qərarlar qəbul edildi: Başlanğıc 2024-2025 mövsümündən etibarən ilk üç mövsümdə A Komanda siyahısına yazılacaq əcnəbi futbolçuların sayı 14-dən 12-yə, sonrakı iki mövsümdə isə 11-ə endirilib. matç günü siyahısında heç bir məhdudiyyət yoxdur.
Klubların transfer büdcələrindən daha səmərəli istifadə etmələri üçün A Komandası siyahısına daxil ediləcək oyunçuların sayı 30-dan 26-ya endirilib.
Bahadur Seyidov