Türkiyə Kubokunun formatını dəyişdi



 16:15 11.01.2024     188

Türkiyə Futbol Federasiyası (TFF) 2024-2025-ci il mövsümündə yeni formatda Türkiyə Kubokunun keçirilməsinə qərar verib.

Demedia.az xəbər verir ki, buna uyğun olaraq kubok qrup yarışları və final mərhələlərindən ibarət olacaq."Türkiyə Futbol Federasiyasının İdarə Heyəti Türkiyə Kubokunun 2024-2025-ci il mövsümündə yeni formatda oynanılmasına qərar verib. Bunun ardınca dəyəri artıran iş aparılıb. Sezon başında Çempionlar Liqasının formatını hazırlayan Hypercube şirkəti tərəfindən TFF Rəhbərliyi İdarə Heyətinə təqdim edilən hesabatla formalaşdırılan yeni format, seçmə mərhələlər, qrup yarışmaları və final mərhələlərindən ibarət olacaq.

Bahadur Seyidov