Antalyada qeyri-adi hava: Hər kəs bunu edir



 22:05 11.01.2024     601

Dəniz suyunun havadan daha isti olduğu Antalyada yaz havası yaşanır.

Demedia.az xəbər verir ki, istirahətçilər 20 dərəcə isti olan dənizdə üzüblər. Ölkənin bir çox yerində qarlı və soyuq havalar təsirli olarkən, turizm şəhəri Antalyada yaz havası yaşanır. Meteorologiya Baş İdarəsinin məlumatına görə, şəhərdə havanın temperaturu 18 dərəcə, dəniz suyunun temperaturu isə 20 dərəcə ölçüb.

Dənizin havadan isti olduğu şəhərdə sakinlər və istirahət edənlər yaz havasından yararlanaraq Konyaaltı çimərliyinə yollanıb. İstirahət edənlərin bəziləri çimməyə getdiyi halda, bəziləri çimərlikdə günəş vannası qəbul etməyə üstünlük verib.

Rusiyadan bir həftəlik tətil üçün Antalyaya gələn İlyas İbadullah dənizin havadan daha isti olduğunu bildirib. Üşümədiyini deyən İbadullah bir müddət çimdikdən sonra sahildə günəş vannası qəbul edib. Digər istirahətçi Nuri Cəltarov isə doğulduğu şəhərin qarlı olduğunu, havanın çox soyuq olduğunu deyərək, "Dəniz də, hava da çox gözəldir. İstidir, heç soyuq olmamışam. Tətilə gəlib üzdük" dedi.

Aysun / Demedia.az