Binanı dağıtmaq üçün görün nə etdilər - VİDEO



 23:48 11.01.2024     779

Fevralın 6-da Adıyamanda baş verən zəlzələdə ciddi zədələnən 5 mərtəbəli binanın üzərinə iş maşını qaldırılıb və söküntü işlərinə yuxarıdan başlanılıb.

Demedia.az xəbər verir ki,  fevralın 6-da baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə Adıyamanda minlərlə bina dağılıb, minlərlə bina isə ciddi ziyan görüb.

Ağır ziyan dəymiş binaların söküntüsü başa çatmaq üzrəykən, Eskisaray rayonunda uzun müddətdir istifadə olunmayan 5 mərtəbəli köhnə polis bölməsi binasının sökülməsinə başlanılıb. Lakin digər söküntülərdən fərqli olaraq, bu dəfə tikinti texnikası ağır zədələnmiş binanın üzərinə qaldırılıb. Köhnə Polis Qərargahının Bina və Yataqxanasının yerləşdiyi küçənin dar olması və binanın sökülməsi nəticəsində ətrafdakı binaların zədələnəcəyi əsas gətirilərək binaya ağır texnika yerləşdirilib. Binanın üzərində olan ekskavator binanı sökməyə başlayıb. Tikinti texnikası maraqlı görüntülər yaradaraq binanı yuxarıdan sökməyə başlayıb.

Aysun / Demedia.az