Quterreş Ekvadorda baş verən zorakı hadisələri pisləyib



 10:21 12.01.2024     291

BMT-nin baş katibi Antonio Quterreş Ekvadorda baş verən zorakı hadisələri pisləyib.

Demedia.az xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik açıqlama verib. O mətbuat konfransında bildirib ki, Antonio Quterreş Ekvadorun BMT-dəki daimi nümayəndəsi ilə telefon danışığı aparıb. Antonio Quterreş Ekvadordakı vəziyyətin pisləşməsindən narahat olduğunu diplomata bildirib. O, Ekvador xalqı ilə həmrəy olduğunu ifadə edib.

Qeyd edək ki, "Fito" ləqəbli dəstə lideri Adolfo Macias Salazarın həbsxanadan qaçmasında sonra kartellərlə polislər arasında qarşıdurmalar müşahidə edilir. Ekvadorda fövqəladə vəziyyət elan edilib.

Bahadur Seyidov