İsrail qüvvələri İordan çayının qərb sahilinə basqın edib



 10:43 12.01.2024     258

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində yerləşən Cenin, Beytullah və Ramallah şəhərlərinə basqın edib.

Demedia.az xəbər verir ki, basqın zamanı 10 fələstinli nəzarətə götürülüb. Məlumata görə, İsrail qüvvələri Cenin Qaçqınlar Düşərgəsinə basqın edərək buldozerlərlə fələstinlilərin mülklərinə ziyan vurub.Cenin şəhərinin bir çox məhəlləsində fələstinlilərlə İsrail qüvvələri arasında qarşıdurma yaşandığı, basqın zamanı İsrailin pilotsuz uçuş aparatlarının Cenin səmasında uçduğu bildirilib.

Digər tərəfdən Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərə görə, İsrail qüvvələri bundan əvvəl İordan çayının qərb sahilində 26 fələstinlini nəzarətə götürüb.

Bahadur Seyidov