Çin kosmosa raket buraxdı



 11:00 12.01.2024     292

Çində özəl şirkət tərəfindən hazırlanmış "Gravity-1" raketi ilə buraxılış həyata keçirilib.

Demedia.az  xəbər verir ki, üç peyk özəl istehsal olunan bərk yanacaqla işləyən raketdən istifadə edilməklə Sarı dənizdəki Hayyanq şəhəri yaxınlığında üzən platformadan buraxılıb.Qərargahı Şandunqda yerləşən Orienspace şirkəti tərəfindən hazırlanmış “Gravity-1” ilk dəfə buraxılışda istifadə edilib. Yerin aşağı orbitinə 4,2 ton faydalı yük daşıya bilən “Gravity-1”, bərk yanacaqla işləyən dünyanın ən güclü raketidir.

Qeyd edək ki, Çində dövlətə məxsus Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası tərəfindən istehsal edilən və inkişaf etdirilən “Long March” raketləri əsas daşıyıcı sistem kimi istifadə olunur. Dünyada özəl sektorun kosmik sənayeyə marağının artmasından sonra Pekin rəhbərliyi də özəl sektorun bu sahəyə təşəbbüslərinə dəstək verir.

Bahadur Seyidov