Şimali Koreya Rusiyaya raket verə bilər



 12:02 12.01.2024     294

Şimali Koreya Rusiyaya yeni növ taktiki idarə olunan raketlər sata bilər.

 Demedia.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın müdafiə naziri Şin Von-sik deyib.  Koreyanın bərk yanacaqla işləyən orta mənzilli ballistik raketi sınaqdan keçirə biləcəyini deyən Şin, Şimali Koreyanın seçkilərdən əvvəl Cənubi Koreya və ABŞ-la gərginliyi artırmağa çalışacağını bildirib. Şimali Koreya lideri Kim Çen Inın sursat fabrikinə səfəri zamanı təqdim edilən silah sisteminə toxunan Şin bildirib ki, bunlar taktiki nüvə silahı daşıya bilən yaxın mənzilli ballistik raketlərdir.

Şimali Koreyanın ilk dəfə 2022-ci ildə yaxın mənzilli ballistik raketi sınaqdan keçirdiyini bildirən Şin bunun 100 ilə 180 kilometr mənzili olan yeni silah növü olduğunu qeyd edib. Kimin Rusiyaya səfərini xatırladan Şin, Pxenyanın Moskvaya yeni taktiki idarə olunan raket növləri sata biləcəyini bildirib.

Bahadur Seyidov