Hətta 1 dənə banan görün insana nələr edir - Video



 10:02 12.01.2024     556

Dünyada buğda, düyü və qarğıdalıdan sonra ən çox yeyilən qida banandır. Mütəmadi olaraq banan yeməyin faydaları nələrdir?

1) Orqanizmə enerji və gümrahlıq verir. Tərkibində C, B6 vitamini, fol turşusu, kalium, maqnezium kimi minerallar, lif və təbii şəkər olan meyvə enerji verməklə yanaşı, orqanizmin sağlamlığını da dəstəkləyir; 2) Həzm sistemini nizamlayır. Malik olduğu lif sayəsində banan, xüsusilə, tam yetişmiş meyvələr mədənin turşuluğunu normaya salır, həzm prosesini nizamlayır, qəbizliyi aradan qaldırır, toxluq hissi verir. Mədə duvarında qızarıqlıq və yaralar varsa, rasiona banan mütləq daxil edilməlidir. Mədədə zərərli bakteriyaların əmələ gəlməsinə mane olur; 3) Qanda şəkərin səviyyəsini nizamlayır. Qlisemik indeksi aşağı olan banan qanda şəkərin səviyyəsinin qəfildən yüksəlməsinə və gözlənilmədən aşağı düşməsinə mane olur, bununla da, qanda şəkərin səviyyəsinin stabil qalmasını təmin edir;

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az