İki ölkə Yəməndə husilərə qarşı hərbi əməliyyata başladı



 10:52 12.01.2024     268

Amerika Birləşmiş Ştatları və Britaniya Yəməndə husilərə qarşı hərbi əməliyyata başlayıb.

Demedia.az xəbər verir ki, ən azı 12 Husi hədəfi döyüş təyyarələri və Tomaqavk raketləri ilə vurulub. Hücumlar təyyarələr, gəmilər və sualtı qayıqlarla həyata keçirilib.

ABŞ və Britaniya liderləri qeyd ediblər ki, Yəmənə zərbələr “müdafiə xarakteri daşıyır”.

Bahadur Seyidov