Bayden Yəməndə baş verənlərlə bağlı açıqlama verdi



 11:56 12.01.2024     260

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden ABŞ  və Böyük Britanıiyanın Yəməndəki zərbələrlə bağlı açıqlama verib.

Demedia.az xəbər verir ki,  Bayden ABŞ və Böyük Britaniyanın Yəməndəki husilərin mövqelərinə zərbələr endirdiyini təsdiqləyib. 

️ O bildirib ki, ABŞ və Böyük Britaniyanın Yəmənə zərbəsi Qırmızı dənizdə “görünməmiş husi hücumlarına” cavab verir: “ABŞ və Böyük Britaniyanın Yəmənə zərbəsi müdafiə xarakteri daşıyır, Vaşinqton əlavə tədbirləri istisna etmir”, - deyə  o vurğulayıb.

Bahadur Seyidov