Husilər: “ABŞ-nin Yəmənə qarşı heç bir hücumu cavabsız qalmayacaq”



 11:43 12.01.2024     284

Husilər ABŞ və Böyük Britaniyanın husilərə qarşı hərbi əməliyyatının cavabsız qalmayacağını bildirib.

Demedia.az xəbər verir ki,  husilərin lideri Əbdülməlik əl-Husi ölkəsinə qarşı hərbi riskə girən hər kəsi “bədəti ödəməklə” hədələyib:

“ABŞ-nin heç bir hücumunun cavabsız qalmayacaq. Kim bizim xalqımıza müdaxilə etmək və ya hücum etmək istəyirsə, qarşıdurmaya girərək hərbi riskə gedir və bunun əvəzini ödəyəcək. Nəfəsimiz var, xalqımız böyük və uzunmüddətli münaqişələrə tab gətirəcək qədər güclüdür”.

Bahadur Seyidov