Co Baydenin oğlu verilərdən yayınıb - 17 il həbs...



 11:58 12.01.2024     265

ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden azı 1,4 milyon dollar məbləğində federal vergilərdən yayınıb.

Demedia.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat  yayıb.

Qeyd edilib ki, ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden azı 1,4 milyon dollar məbləğində federal vergilərdən yayınmaqda ittiham olunduğunu etiraf edib.

 Dekabrın əvvəlində Hunter Bayden vergidən yayınmada doqquz ittiham irəli sürülüb. Prokurorlar prezidentin oğlunun “vergi ödəmək əvəzinə ekstravaqant həyat tərzinə” milyonlarla dollar xərclədiyini düşünürlər. Onu 17 ilə qədər həbs cəzası gözləyə bilər.

Bahadur Seyidov