Magistral yolda təhlükəli vəziyyət - Sürücü ilə bağlı qərar verildi



 23:09 12.01.2024     771

Türkiyədə sürücü magistral yolda təhlükəli vəziyyət yaradıb.

Demedia.az xəbər verir ki, polis qrupları tərəfindən aparılan işdən sonra nəzarətə alınan sürücü 14 min 258 lirə pul cəzasına çarpdırılıb və vasitənin hərəkəti qadağan edilib.

Hadisə ötən gün günorta saatlarında Kartal Sahil yolunda baş verib. 34 YUF 67 nömrə nişanlı avtomobilin sürücüsü sahil yolu ilə hərəkətdə olarkən nəqliyyatın sıxlığına fikir vermədən irəliləyib. Sürücü həm özünün, həm də digər sürücülərin həyatını təhlükəyə atıb. Həmin anlar vətəndaşın mobil telefonunun kamerasına əks olunub.

İstanbul Təhlükəsizlik Müdirliyi Trafik Nəzarət Şöbə Müdirliyi qrupları tərəfindən aparılan işin ardından trafiki təhlükəyə ataraq davam edən O.M. adlı sürücü tutulub. Qayçı atma və həddindən artıq egzoz istifadə etmə cinayətlərinə görə sürücüyə ümumilikdə 14 min 258 lirə pul cəzası kəsilib və məhkəmə prosesi başlanıb. Avtomobilin hərəkəti qadağan edilib.

Aysun / Demedia.az