Qəzzada Fələstin Qızıl Ayparasının bütün qrupları ilə əlaqə kəsilib



 15:37 13.01.2024     465

Qəzzada Fələstin Qızıl Ayparasının bütün qrupları ilə əlaqə kəsilib.

Demedia.az verir ki, Fələstin Qızıl Aypara Cəmiyyəti İsrailin hücumları səbəbiylə rabitə və internetin kəsilməsi nəticəsində blokadada və işğal altında olan Qəzza zolağındakı bütün qrupları ilə əlaqənin kəsildiyini bildirib.

Qəzza zolağında fəaliyyət göstərən iki Fələstin telekommunikasiya şirkəti bu yaxınlarda Qəzza zolağının əksər bölgələrində rabitə və internet xidmətlərində fasilələr olduğunu açıqlayıb.

Oktyabrın 7-dən bəri İsrailin hücumları səbəbindən Qəzza zolağında 9 rabitə kəsilib. Stasionar, mobil telefon və internet rabitəsinin bir neçə saat dayandığı kəsintilərin ən uzunu 14 dekabr 2023-cü ildə 4 gün davam edib.