Beşiktaş, VavaCars Fatih Karagümrükü 1:0 hesabı ilə məğlub etdi



 21:53 13.01.2024     216

Trendyol Superliqasının 20-ci həftəsində "Beşiktaş" "VavaCars"ın qonağı olan Fatih Karagümrükü qəbul edib.

Demedia.az xəbər verir ki, yüksək templi keçən matçın ilk 45 dəqiqəsində qapılara qol vurulmayıb. Komandalar 0-0 hesabı ilə soyunub-geyinmə otağına yollanıb.Matçın 62-ci dəqiqəsində "Beşiktaş"ın son matçlarına damğasını vuran ulduz futbolçu Semik Kılıçsoy səhnəyə çıxıb. Ulduz futbolçu qəşəng qolu ilə komandasını 1-0 önə çıxarıb. Gənc istedad ağ-qara formada Super Liqada keçirdiyi son 4 matçda 5-ci qoluna imza atıb.