CHP Biləcik bələdiyyə başqanlığını itirdi
Biləcik Bələdiyyəsinin yeni bələdiyyə başqanı dünən partiyası İYİ Partiyadan istefa verən və müstəqil olaraq seçkiyə qatılan Mustafa Sadıq Kaya olub.
Demedia.az xəbər verir ki, Biləcik Bələdiyyəsinə qarşı rüşvət əməliyyatından sonra keçən il müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılan və partiyası CHP-dən xaric edilən Semih Şahin. 2 gün əvvəl tutduğu vəzifədən istefa verib. Bu prosesdə Mələk Mızrak Subaşı vəkil olarkən, istefasından sonra Məclis sədrinin 1-ci müavini, İYİ Partiya Divan üzvü Mustafa Sadıq Kaya bələdiyyə başçılığına keçdi.