İslandiyanın Reykjanes yarımadasında yeni vulkan püskürməsi baş verib



 10:19 15.01.2024     295

İslandiyanın cənub-qərbində vulkan püskürməsindən sonra Reykjanes yarımadasında yeni püskürmə baş verib.

Demedia.az xəbər verir ki, Qrindavik şəhəri yaxınlığındakı vulkan püskürməsindən sonra lava və kül metrlərlə hündürlüyə çatıb. Mülki Müdafiə Təşkilatı əraziyə xilasedicilər cəlb edib. Məlumata görə, bundan əvvəl də Reykjanes yarımadasında vulkan püskürüb. Bölgədən 4 min nəfər təxliyə edilmişdi. Mülki Müdafiə ictimaiyyəti əraziyə yaxınlaşmamaq barədə xəbərdarlıq etmişdi.

İslandiyada 32 aktiv vulkan var.​​

Bahadur Seyidov