Devid Kemeron Yəmənə hücumlardan danışdı



 11:15 15.01.2024     273

Britaniyanın xarici işlər naziri Devid Kemeron ölkəsinin ABŞ-la Yəməndəki husilərə qarşı endirdiyi hava hücumları ilə bağlı açıqlamalar verib.

Demedia.az xəbər verir ki, o bildirib ki, baş nazir Rişi Sunak hava hücumu ilə bağlı qərar verərkən çox diqqətli və hərtərəfli müzakirələr aparıb. Onun sözlərinə görə, bütün nazirliklər öz sahələrində lazımi işləri həyata keçiriblər. Kemeron, Qırmızı dənizin beynəlxalq ticarət baxımından əhəmiyyətli nöqtə olduğuna işarə edərək, burada baş verəcək hər hansı gərginliyin dünyada qiymətləri artıra biləcəyini ifadə etdi.

Qeyd edək ki, ABŞ və Böyük Britaniya Yəməndə husilərin mövqelərinə hava zərbələri endirib.

Bahadur Seyidov