HƏMAS yox edilənə qədər İsrail hərbi əməliyyatları davam etdirəcək - Netanyahu



 12:18 15.01.2024     313

İsrailin baş naziri Binyamin Netanyahu Təl-Əvivdə Müdafiə Nazirliyində təşkil edilən mətbuat konfransında Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı açılan iddia ilə bağlı açıqlamalar verib.

Demedia.az xəbər verir ki, o bildirib ki, İsrail HƏMAS-ı yox edənə və bütün məhbusları evlərinə qaytarana qədər müharibəni davam etdirəcək. Onun sözlərinə görə, Haaqada veriləcək qərar İsrailin məqsədlərinə təsir etməyəcək.

Misirlə Qəzza arasındakı sərhəd zolağına toxunan Netanyahu bu dəhlizə nəzarəti ələ keçirmədən HƏMAS-ı yox etməyin çətin olacağını ifadə edib.

Bahadur Seyidov