Kanada İsrailə qarşı qaldırılan soyqırım iddiasını dəstəkləmədi



 09:12 15.01.2024     266

Kanadanın Beynəlxalq Ədalət Məhkəməsinə verdiyi dəstək Cənubi Afrika Respublikası tərəfindən İsrailə qarşı qaldırılan soyqırım iddiasını dəstəkləməsi demək deyil.

Demedia.az xəbər verir ki, Kanadanın baş naziri Castin Trüdo belə deyib. O Kanada hökumətinin Beynəlxalq Ədalət Məhkəməsində soyqırım iddiası ilə bağlı səssiz qalmasına dair tənqidlərdən danışarkən bildirib ki, ölkəsi İsrailə qarşı qaldırılan iddianı dəstəkləmir.

Qeyd edək ki, Cənubi Afrika Respublikası İsrailin Qəzzaya hücumlarının Soyqırım Konvensiyasını pozduğunu əsas gətirərək Beynəlxalq Ədliyyə Məhkəməsinə iddia qaldırmış və İsrailə qarşı müvəqqəti qadağa tələb etmişdi.

Bahadur Seyidov