Şimali İraq və Suriyada 24 hədəf məhv edildi



 12:40 15.01.2024     237

İraq və Suriyanın şimalında terrorçu hədəflərə qarşı həyata keçirilən hava əməliyyatlarında aralarında məsul terrorçuların da olduğu 24 hədəf məhv edilib.

Demedia.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, İraq və Suriyada hava əməliyyatları həyata keçirilib.

Əməliyyatlarda 24 terror hədəfi məhv edilərkən, aralarında yüksək səviyyəli terrorçuların da olduğu bir çox təşkilat üzvü zərərsizləşdirilib.