İsrailli futbolçu saxlanıldı



 09:33 15.01.2024     177

Bu gün vurduğu qoldan sonra “Antalyaspor”un israilli futbolçusu Jehezkel üzərində “7 oktyabr hücumunun 100-cü günü” yazılan qolbağını və Sion ulduzunu göstərərək, Türkiyədən İsrailə salam göndərib.

Demedia.az xəbər verir ki, qoldan sonra etdiyi hərəkətlərə görə heyətdən kənarlaşdırılan israilli futbolçu Saqiv Jehezkel saxlanılıb.Antalyaspor idarə heyətinin qərarı ilə Saqiv Jehezkelin heyətdən çıxarıldığını və müqaviləsinə xitam veriləcəyini açıqlayıb. Hadisə ilə bağlı yeni hadisə baş verib. Antalya Respublika Baş Prokurorluğu tərəfindən "ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək" cinayətini törətdiyi səbəbi ilə istintaq edilən Jehezkel nəzarətə götürülüb.