Ərəb Liqası Somali və Efiopiya arasındakı gərginliklə bağlı toplantı keçirir



 17:12 15.01.2024     401

Ərəb Liqası Somali və Efiopiya arasındakı gərginliyi müzakirə etmək üçün nazirlər səviyyəsində onlayn görüşəcəyini açıqlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Misirin rəsmi xəbər agentliyi məlumat verib. Bildirilir ki, toplantıya Mərakeş sədrlik edəcək. Toplantı qərarına Somali və 12 ərəb ölkəsi dəstək verib. Xəbərdə Somalinin mövqeyi ilə bağlı tam konsensus və dəstəyin olduğu bildirilib.

Qeyd edək ki, Efiopiya birtərəfli müstəqilliyini elan edən Somaliland ilə dənizə çıxış müqaviləsi imzaladıqdan sonra Somali hökuməti səfirini Efiopiyadan geri çağırıb. Somalinin baş naziri Həmzə Abdi Barre sözügedən anlaşma memorandumunun etibarsız olduğunu bildirib və Efiopiyaya Somali ərazisinə müdaxilə etməməsi barədə xəbərdarlıq edib.

Bahadur Seyidov