Qəzzada çoxlu israilli məhbusun taleyi barədə məlumat yoxdur - HƏMAS



 11:12 15.01.2024     281

Qəzzada çoxlu israilli məhbusun taleyi barədə məlumat yoxdur.

Demedia.az xəbər verir ki, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları belə açıqlama verib. İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde bildirib ki, Qəzzadakı israilli girovlara görə, İsrail məsuliyyət daşıyır.

Qəzza zolağında min İsrail hərbi vasitəsini hədəfə alıb sıradan çıxardıqlarını qeyd edən Əbu Ubeyde, İsrail ordusuna qarşı istifadə edilən sursat və silahların böyük hissəsinin İzzəddin əl-Qəssam Briqadaları tərəfindən istehsal olunduğunu vurğulayıb.

Bahadur Seyidov