Dünya Müsəlman Alimlər Birliyi Qəzza zolağına getmək üçün heyət qurub



 11:18 15.01.2024     285

Dünya Müsəlman Alimlər Birliyi Misir vasitəsilə İsrailin hücumları altında olan Qəzza zolağına daxil olmaq üçün heyət qurub.

Demedia.az xəbər verir ki, bu barədə Dünya Müsəlman Alimləri Birliyinin baş katibi Əli Muhyiddin əl-Karadaği X sosial media hesabında açıqlama verib. O bildirib ki, Qəzzaya daxil olmaq üçün Ümumdünya Müsəlman Alimlər Birliyi tərkibində onun sədrliyi ilə heyət qurulub.

Karadaği bildirib ki, heyət Misirdən və Misirdəki Əl-Əzhər Qurumunun şeyxi Əhməd ət-Tayyibdən onları Rəfah Sərhəd Qapısı vasitəsilə Qəzzaya aparmalarını istəyib.

Bahadur Seyidov