ABŞ-ın keçmiş yüksək vəzifəli dövlət məmurları Tayvana səfər edib



 14:12 15.01.2024     271

​Tayvanda keçirilən prezident və parlament seçkilərindən sonra ABŞ-ın keçmiş yüksək vəzifəli dövlət məmurlarından ibarət nümayəndə heyəti adaya səfər edib. 

Demedia.az xəbər verir ki, bu barədə Tayvan mediası yazıb. Bildirilir ki, ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Stiven Hadli, ABŞ dövlət katibinin keçmiş müavini Ceyms Steynberq və ABŞ-ın adadakı faktiki nümayəndəsi olan Tayvan Amerika İnstitutunun prezidenti Laura Rozenberqer Tayvana gəlib. 

Tayvan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, səfər çərçivəsində nümayəndə heyəti Tayvan lideri Tsai İnq-ven, eləcə də digər yüksək səviyyəli dövlət rəsmiləri və siyasi liderlərlə görüşlər keçirəcək. Tayvan Amerika İnstitutundan verilən açıqlamada qeyd olunub ki, iki keçmiş yüksək vəzifəli məmur ABŞ hökumətinin xahişi ilə öz şəxsi imkanları ilə Tayvana səfər ediblər.​

Bahadur Seyidov